Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, "İdeal cəmiyyətə doğru” adlı məhdəviyyət mövzularına dair araşdırmalar toplusu, İmam Zaman (ə.f) ilə bağlı təlim və maariflərin yayılması məqsədilə dəyərli oxuculara təqdim olunur.
Qısa bir araşdırmada intizar haqqında hədislər iki əsas qrupa bölünür:
“İntizar” sözünün ümumi mənası
İslam dini “ümumi mənada” intizarın fəzilətini və gələcəyə ümid bəsləməyi təkcə izah etmir, eyni zamanda insanları bu ümid və gözlənti mühitinə yönləndirir. Bununla yanaşı, ümidsizlik qəti şəkildə pislənir.
İslam təlimləri ümumi mənada intizar və ümidə o qədər böyük əhəmiyyət vermişdir ki, onu ən uca ifadələrlə dəyərləndirmiş və ona heyrətamiz fəzilətlər aid etmişdir. Bu ifadələrdən bəziləri aşağıdakılardır:
İbadət və bəndəlik
Qurani-Kərim insanın yaradılış məqsədini ibadət kimi bəyan edir:
“وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِیَعْبُدُونِ”
Cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım.
Zariyat surəsi, 56-cı ayə
Allah Rəsulu (s) bu bəndəliyin bir təzahürünü fərəcin intizarı kimi təqdim edərək buyurur:
«اِنتِظارُ الفَرَجِ عِبَادَةٌ.» (شیخ طوسی، أمالی، ص ۴۰۵)
Tərcümə: Fərəcin intizarı ibadətdir. (İmam Məhdinin zühurunu gözləmək)
(Şeyx Tusi, Əmali, s. 405)
Buna əsasən, intizar yalnız düşüncə tərzi deyil, insanın davranış sistemini formalaşdıran bir ibadət növüdür.
Ən üstün ibadət
Bəzi ibadətlər digərlərindən üstün olduğu üçün onların savabı və tərbiyəvi təsiri daha böyükdür. Peyğəmbər (s) buyurur:
«اَفضَلُ العِبادَةِ اِنتِظارُ الفَرَجِ.» (کمال الدین و تمام النعمة، ج ۱، ص ۲۸۷)
Tərcümə: Ən üstün ibadət fərəcin intizarıdır.
Kəmalud-din və təmamu ən-nemət c.1, s.287)
Ən üstün əməl
Bəzən isə Peyğəmbər (s) bu intizarı ümmətin ən üstün əməli kimi təqdim etmişdir:
«اَفْضَلُ اَعْمالِ اُمَّتِی اِنتظارُ الفَرَجِ مِنَ اللَّهِ عَزَّوَجَلَّ.» (کمال الدین و تمام النعمة، ج ۲، ص ۶۴۴)
Tərcümə: Ümmətimin ən üstün əməlləri Allah tərəfindən fərəcin intizarıdır.
(Kəmalud-din və təmamu ən-nemət c.2, s.644)
Fərəcin özü – elə fərəcdir
Müasir psixologiya elmi sübut etmişdir ki, ümid insanın sosial davranışlarında mühüm rol oynayır. Başqa sözlə, parlaq və ümidverici gələcəyə inam insanın bu günkü həyatını da işıqlı, dinamik və mənalı edir.
İntizar və fərəclə bağlı bəzi hədislərdə bu mühüm həqiqətə belə işarə olunur ki, fərəcin intizarı özü də bir növ fərəc və genişlənmədir.
Bu barədə İmam Səccad (ə) buyurur:
«اِنتِظارُ الفَرَجِ مِنْ اَعظَمِ الفَرَجِ.» (کمال الدین و تمام النعمة، ج ۱، ص ۳۱۹)
Tərcümə: Fərəcin intizarı ən böyük fərəclərdəndir.
Kəmalud-din və tamamun-nimət, c.1, s.319
Ən üstün cihad
Dini tövsiyələrdə cihad, Allah yolunda səy və mübarizə müsəlmanların ən mühüm fərdi və ictimai vəzifələrindən biri kimi təqdim olunur. Qurani-Kərimin çoxsaylı ayələri və məsumların (ə) hədisləri bu həqiqəti təsdiqləyir.
Fərəcin intizarının əhəmiyyəti barədə əvvəlki məqamlarla yanaşı elə hədislərə də rast gəlinir ki, intizar “ən üstün cihad” kimi təqdim edilir. Bu hədislərdən aydın olur ki, intizar yalnız bir hiss deyil, həm də əməli bir fəaliyyət formasıdır.
Allah Rəsulu (s) buyurur:
«اَفْضَلُ جِهادِ اُمَّتی اِنْتِظارُ الفَرَجِ.» (تحف العقول، ص ۳۷)
Tərcümə: Ümmətimin ən üstün cihadı fərəcin intizarıdır.
Tuhəful-uqul, s.37
Nəticə
Bunun müqabilində ümidsizlik və Allahın rəhmətindən naümid olmaq şiddətlə məzəmmət edilmiş və böyük günahlardan biri kimi təqdim olunmuşdur. (Yusif surəsi, 12:87)
Bu mövzuların ardı var....
Mənbə: Məhdəviyyət dərsliyi kitabı, müəyyən dəyişikliklərlə
Kitabın müəllifi: Xodamurad Süleyman
Rəyiniz